02:33 | Partly cloudy 6 °C
Həkimlər Həkim məsləhətləri
Rəna Kəngərli In the same way the glaciers
2006-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. 2007-ci ildən etibarən dermatovenerologiya sahəsində fəaliyyət göstərir. Peşəkar fəaliyyəti ərzində Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirliklərində də çalışmış, müxtəlif klinika və sanatoriyalarda məsul vəzifələr icra etmişdir. 2017–2025-ci illərdə “Qaşaltı Sanatoriyası”nda fəaliyyət göstərmiş, son 2 il ərzində Baş həkim vəzifəsində çalışmışdır. Diplomdan sonrakı təhsilini İstanbul Universitetinin Cerrah-Paşa Tibb Fakültəsində, eləcə də Yekaterinburq şəhərində Sverdlovsk Vilayət Mərkəzi və Paracels Klinikasında keçmişdir. Rəna Kəngərli Avrasiya Dermatoveneroloqlar Assosiasiyasının, Azərbaycan Tibb Assosiasiyasının, Tricholoqlar İttifaqının və Beynəlxalq Dermatoskopiya Cəmiyyətinin üzvüdür. 2007-ci ildən etibarən dermatovenerologiya və immunologiya sahələri üzrə 71 beynəlxalq konfransda iştirak etmiş, 5 konfransda məruzəçi qismində çıxış etmişdir. Elmi fəaliyyəti çərçivəsində xroniki dəri xəstəlikləri, balneoterapiya, psoriaz və psoriatik artritin müalicəsi mövzularında tədqiqatlar aparmış, 2015-ci ildə “ZOJ” jurnalında elmi məqaləsi dərc olunmuşdur.