Hidrokolonoterapiya zamanı yoğun bağırsaq müəyyən temperatura qədər qızdırılmış su ilə nəcis daşları, toksiki qazlar, qıcqırma və çürümə məhsulları, ağır metal birləşmələri, funksiyadan düşmüş və ayrılmış selikli qişa hissəcikləri və müxtəlif zərərli maddələrdən təmizlənir.
Prosedurlar
- Ana səhifə |
- Prosedurlar |
- Terapiya
Hidrokolonoterapiya
Other procedurs
Ozonoterapiya
Ozonoterapiya zamanı toxumaların oksigen təmini artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapilyarlar qan dövranına qoşulur, qanın reoloji xüsusiyyətləri yaxşılaşır, qanyaranma sürətlənir və orqanizmin immun sistemi aktivləşir. Bundan əlavə, ozonun bakterisid, virusid və fungisid təsirləri vardır. Antiseptiklərdən fərqli olaraq, ozon toxumalara qıcıqlandırıcı və dağıdıcı təsir göstərmir, çünki orqanizmin özünün antioksidant sistemləri mövcuddur.Dermatologiya: furunkulyoz, piodermiya, herpes, göbələk xəstəlikləri, sklerodermiya, psoriaz, neyrodermit, ekzema, çəhrayı dəmirov, dermatozlar və s.Kosmetologiya: gənclik sızanaqları, sellülit, lokal lipodistrofiya, alopesiya və s.Urologiya: pielonefrit, sistit, uretrit, prostatit və s.Mama-ginekologiya: cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, hamiləlik toksikozları, anemiya, dölün hipoksiyası, dölün bətndaxili infeksiyalaşması, sonsuzluq və s.Terapiya: xronik qastrit, kolit, mədə və 12 barmaq bağırsağın yarası, xronik hepatit, qaraciyər sirrozu, revmatizm, artrit, artroz, ürəyin işemik xəstəliyi, allergik xəstəliklər, yuxarı tənəffüs yollarının xəstəlikləri, hipertoniya xəstəliyi və s.
Daha çox
İnhalyasiya Terapiyası
İnhalyasiya terapiyası, dərmanların və ya müalicəvi təsirə malik maddələrin (məsələn, fizioloji məhlulun) tənəffüs yolları vasitəsilə orqanizmə çatdırılması üsuludur. Bu metod xüsusi cihazlar – inhalyatorlar və nebulayzerlər vasitəsilə həyata keçirilir.Faydaları və tətbiq sahələri:Tənəffüs yollarındakı iltihabı aradan qaldırır;Nəfəs almağı yüngülləşdirir;Bronxları genişləndirir və seliyi xaric etməyi asanlaşdırır;Allergik reaksiyaların simptomlarını azaldır;Astma, bronxit, KOAH və digər tənəffüs sistemi xəstəliklərinin müalicəsində geniş istifadə olunur.İnhalyasiya terapiyası dərmanların birbaşa tənəffüs yollarına çatdırılmasını təmin edir, yan təsirləri minimuma endirir və tez təsir göstərir. Bu metod hər yaş qrupuna uyğun təhlükəsiz bir müalicə üsuludur.
Daha çox
Parafin Terapiyası
Parafin terapiyası, isti parafinin bədənin müəyyən nahiyələrinə tətbiq edilməsi ilə həyata keçirilən müalicə üsuludur. Bu prosedur qan dövranını yaxşılaşdırır, əzələləri rahatladır və dərini nəmləndirir.Faydaları və təsirləri:Dərin istilik effekti təmin edir, qan dövranını stimullaşdırır;Əzələ və oynaq ağrılarını azaldır;Dərinin nəmləndirilməsi və elastikliyinin artırılmasına kömək edir;Revmatizm, artrit və digər oynaq problemlərinin müalicəsində istifadə olunur.Parafin terapiyası xoş və ağrısız bir müalicə üsuludur, rahatlama və müalicəvi təsir üçün geniş tətbiq olunur.
Daha çox