Son tədqiqatlar göstərir ki, bu metod bir çox xəstəliklərin sağalmasına da kömək edə bilər. Ənənəvi Çin təbabətində akupunktura ilə hətta sonsuzluq, şəkər xəstəliyi, müxtəlif ağrılar və miqren müalicə oluna bilər. Akupunktura – iynə sancmaq, çalmaq – bədənin xüsusi aku nöqtələrinə nazik iynələr sancmaqla həyata keçirilən müalicə üsuludur. Çində alternativ tibb kimi geniş istifadə olunur və əsasən ağrının azaldılması üçün tətbiq edilir. Bu şəfaverici metod Çin xalq təbabətinin əsas tərkib hissələrindən biridir.
Terapiyalar
- Ana səhifə |
- Terapiyalar |
- Terapiya
İqloterapiya - Akupunktura
Other procedurs
Zərbə-Dalğa Terapiyası (ESWT)
Zərbə-Dalğa Terapiyası (ESWT), insan bədəninin xaricində yaradılan güclü səs dalğalarının xüsusi aplikatorlar vasitəsilə problemli nahiyəyə tətbiq olunmasına əsaslanan müalicə üsuludur. Bu terapiya dirsək, topuq və çiyin ağrıları, həmçinin psevdartroz kimi müxtəlif ortopedik problemlərin müalicəsində istifadə olunur.Müalicə prosesi xüsusi cihaz vasitəsilə çox aşağı tezlikli səs dalğaları (akustik dalğalar) yaradılması ilə həyata keçirilir. Bu akustik dalğalar toxumalara yayılaraq sümüyə qədər nüfuz edir.Prosedur zamanı pasiyentlər adətən aşağıdakı təsirləri müşahidə edir:Cihazın təmas etdiyi nahiyədə qan axınının artması;Kəskin və xroniki ağrıların azalması;Yerli iltihabın və şişin azalması;Ümumi əhval-ruhiyyənin yaxşılaşması.
Daha çox
Amplipuls
Amplipulsun tətbiq edilməsi üçün göstərişlər dayaq-hərəkət aparatı, əzələ və sinir sisteminin ağrı sindromu ilə müşayiət olunan xəstəlikləridir (radikulitlər, oxteoxondrozlar, artrozlar, artritlər, onurğa sütunu disklərinin protruziyaları və yırtıqları, travmalar, nevralgiyalar, müxtəlif ağırlıq dərəcəli revmatoid xəstəlikləri, habelə, birləşdirici toxuma xəstəlikləri).istənilən yerləşməli osteoxondrozlaruşaq serebral ifliciradikulitləristənilən ölçüdə fəqərəarası yırtıq müxtəlif mənşəli artritlər və artrozlarsinir kökcüklərinin kompressiyalarıonurğa sütunu əyrilikləriaterosklerozkeçirilmiş insult fonunda ifliclərnevralgiyalarnevrozlardayaq-hərəkət aparatı travmalarıəzələ toxuması distrofiyası
Daha çox
Karboksiterapiya
Karboksitreapiya ağrıkəsmə, spazmların aradan qaldırılması və regenerasiya proseslərinin stimullaşdırılması üçün karbon qazının tətbiq edilməsini nəzərdə tutan inyeksiya prosedurudur. Karbon qazı ağrı hisslərini aradan qaldırır, yerli adaptasiya mexanizmlərinin işə düşməsinə səbəb olur və əzələ liflərinin dərindən rahatlanmasını təmin edir.Revmatoloji xəstəliklərArtrozlar, fəqərəarası yırtıqlar, osteoxondrozlarOnurğa sütununda ağrı sindromlarıFəqərəarası disklərin distrofik dəyişiklikləri Onurğa beyni funksiyasının pozulması, vestibulyar pozuntularBeyin qan dövranının kifayət qədər olmaması ilə bağlı nevrotik pozuntularDayaq-hərəkət aparatının degenerativ xəstəlikləri (POA, spondiloartroz) zamanı xroniki ağrı sindromu, travma və cərrahi müdaxilələrdən sonra reabilitasiyaDəri xəstəlikləri: psoriaz, allopesiya, aknedən sonra qalan yara yerləri
Daha çox