Hidrokolonoterapiya zamanı yoğun bağırsaq müəyyən temperatura qədər qızdırılmış su ilə nəcis daşları, toksiki qazlar, qıcqırma və çürümə məhsulları, ağır metal birləşmələri, funksiyadan düşmüş və ayrılmış selikli qişa hissəcikləri və müxtəlif zərərli maddələrdən təmizlənir.
Terapiyalar
- Ana səhifə |
- Terapiyalar |
- Terapiya
Hidrokolonoterapiya
Other procedurs
Speleoterapiya - Duz Terapiyası
Duz otağında oturma prosedurudur ki, bu prosedur zamanı insan çox xırda duz hissəcikləri ilə zəngin olan hava ilə nəfəs alır. Bu, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir və tənəffüs orqanları xəstəliklərindən sonra profilaktika və reabilitasiya məqsədləri üçün aktiv istifadə olunur. Duz otağının atmosferi burun və burun boşluqlarının selikli qişalarının vəziyyətinin yaxşılaşmasına kömək edir. Bu prosedur, tütün çəkməyi atmış və tənəffüs sisteminin bərpa edilməsinə ehtiyac duyan insanlara tövsiyə olunur. Relaksasiya və sakitləşdirici təsir göstərərək, stressin öhdəsindən gəlməyə və yuxunu normallaşdırmağa kömək edir. Bu metod xüsusilə LOR xəstəlikləri, tez-tez baş verən soyuqdəymələr və ümumi tənəffüs problemləri zamanı effektivdir. Həmçinin, speleoterapiya sinir pozuntuları, həyəcan və stress səbəbi ilə yuxu problemləri olan insanlara tövsiyə olunur.bronxial astma;bronxit və digər tənəffüs orqanları xəstəlikləri;hipertoniya xəstəliyi;dəri xəstəlikləri;oynaq xəstəlikləri.
Daha çox
Vakuumterapiya
Vakuumterapiyanın əsas məqsədi, hər hansı preparatdan istifadə etmədən, bədəni mübadilə proseslərini aktivləşdirmək üçün stimullaşdırmaqdır. Bu məqsədə çatmaq üçün xüsusi bankalar və taxmalar istifadə olunur ki, onlar vasitəsilə daxildə mənfi təzyiq yaradılaraq hava sorulur. Vakuumterapiya zamanı bankalar xüsusi bioloji aktiv nöqtələrə qoyulur, bu nöqtələrin stimullaşdırılması daxili orqanların funksiyalarını və orqanizmin müdafiə gücünü artırır. Təzyiqin dəyişməsi nəticəsində lokal qan axını artır, bu isə qan dövranını və limfanın xəstə nahiyədən axınını yaxşılaşdırır.Ağrı sindromu ilə müşayiət olunan bel xəstəlikləri (osteoxondroz, radikulit, lümbaqo, bel əzələlərinin gərilməsi).Onurğa sütununun boyun hissəsinin osteoxondrozu.Onurğa sütununun döş hissəsinin osteoxondrozu.Tənəffüs orqanlarının xroniki xəstəlikləri (traxeobronxitlər, bronxial astma).Ağciyərlərdə durğunluq halları.Qabırğaarası nevralgiya.
Daha çox
Maqnitaterapiya
Maqnit terapiyası – Sabit və dəyişkən alçaqtezlikli maqnit sahəsi ilə müalicə metodudur. Bu terapiya – oqranizmin ümumi vəziyyətinin yaxşılaşması, immunstimulaytor effekti, ağrının azalması üçün, nevrozların, stressin, depressiyanın müalicəsində, periferik qan dövranının yaxşılaşmasında müalicənin bir qolu kimi təyin olunur. Dozalanmış Maqnit sahəsi arterial təzyiqin stabilləşməsinə yardımçı olur. Bəzi xəstəliklərin profilaktikasında maqnit sahəsinin təsiri əvəzolunmazdı:Xroniki ağrılar (miqren, fərqli mənşəyi olan oynaq ağrıları, çətin sağalan yaralar, daxili orqanların xəstəliklərində)Hipertoniya xəstəliyinin profilaktikasıNevrozabənzər hallar (stress, depressiya, diqqət pozulması, hədsiz yorğunluq, əmək fəaliyyətinin azalması, huşsuzluq)
Daha çox